Haqqımızda

Hər zaman sizinlə...

Biz Pâte brendi altında əl-ələ verərək bir ailəyə çevrilmiş və dünyanın dörd bir yanında ləzzəti ilə səs salmış un məmulatlarını original reseptlərlə hazırlayaraq sevimli müştərilərimizə təklif edirik. Müştərilərimizə ən uyğun və ən keyfiyyətli məhsulu təqdim etmək üçün ən yaxşı xammalı yüksək dəqiqliklə seçirik.

Üstünlüklərimiz

Asset 7

TƏBİİLİK

Biz təbiətin qoynundan gələn təbii məhsullarımızı texnoloji dəstəyimizlə birləşdirərək qənnadı və çörək sahəsində yüksək səviyyəli xidmət təklif edirik.

Asset 6

ÇOX ÇEŞİDLİLİK

Biz dünya mətbəxlərinin rəngarəng çeşiddəki ən məşhur və eyni zamanda çox bəyənilən un məmulatlarını bir ünvanda birləşdiririk.

Asset 8

SAĞLAM QİDALAR

Şəkərsiz və qlütensiz olaraq xüsusi reseptlərlə, peşəkar işçi heyəti tərəfindən hazırlanan sağlam qidalarla sağlamlığınızın qeydinə qalırıq.

Asset 9

İSTƏYƏ UYĞUN DİZAYN

Dəyərli müştərilərimizin istəyinə uyğun olaraq şirniyyatlarımızı xüsusi zövqlə dizayn edir, bayramlar və digər özəl günlərin bəzəyinə çevrilirik.

Missiyamız

Peşəkarlığımıza əsaslanaraq hər zövqə və hər ağız dadına uyğun dünya mətbəxlərinin un məmulatlarını hamı üçün əlçatan edirik. Dəyərli müştərilərimizə hər zaman ən yaxşı xidməti göstərmək üçün yüksək səviyyəli mütəxəssisləri öz komandamıza cəlb edərək ideal olmaq yolunda əmin addımlarla irəliləyirik.

Search

We offer something different to local and foreign patrons and ensure you enjoy a memorable food experience every time.