• Home

Çörək əsasən buğda unu, duz və sudan hazırlanmış xəmiri buxara verərək və ya qızardaraq hazırlanır.  Bəzi çörək növlərinin hazırlanması zamanı xəmirə günəbaxan, xaşxaş və başqa bitki tumları da əlavə edilir. Tumlar çörəyin üzərinə bəzək vurmaq məqsədilə də səpilə bilər.

Çörək öz neytral aromasına görə süfrəyə xörəklərin yanında qoyulsa da, ayrıca da yeyilir. Çox vaxt onu yağla, mürəbbə, bal və ya pendirlə yeyirlər. Avropa ölkələrində arasında tərəvəz, ət və pendirdən hazırlanmış müxtəlif içlikli çörəyə tez-tez rast gəlinir. Bu buterbrod adlanır. Çörəkdən ləzzətli sendviçlərin hazırlanmasında da istifadə edilir.

Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, orada aparılan arxeoloji qazıntılar zamanı çörəklə bağlı əlamətlərə rast gəlinməsin. Tarixi mənbələrdə İraqın şimalında tapılan ilk mədəni buğdanın eramızdan əvvəl onuncu minilliyin ikinci yarısına aid olması göstərilir. Mənbələrdə həmçinin eramızdan əvvəl 2-3-cü minillikdə Misirdə 3 buğda növünün əkildiyi qeyd olunur. Azərbaycanda da aparılan arxeoloji qazıntılar zamanı buğda qalıntılarına rast gəlinib. Həmin daşlaşmış buğda növləri eramızdan əvvəl 6-7 minilliyə aid edilir. Bu müqəddəs nemətə olunan xüsusi hörmət həm folklorumuzda, həm də ədəbiyyatımızda daim öz əksini tapıb.

Çörək dünyada ən geniş yayılmış qida sayılır. Müxtəlif ölkələrdə yerli xalqlar özlərinin aşağıdakı milli çörək növlərini bişirirlər :

    • Yuха (Azərbaycan)
    • Bresel (Almaniya)
    • Çapati (Hindistan)
    • Lavaş (Qafqaz)
    • Маssa (İsrail)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Search

We offer something different to local and foreign patrons and ensure you enjoy a memorable food experience every time.